- 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
- sərnişinin avtomobili üçün “Salam Lounge” zalının qarşısına xüsusi yol keçidi;
- Portye xidməti (baqajın “Salam Lounge” zalının girişindən baqajın komplektləşdirmə məntəqəsinədək daşınması üçün işçinin ayrılması);
- sərnişinin “Salam Lounge” zalına fərdi müşayiət olunması;
- sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərinin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barədə məlumatlandırılması;
- sərnişinin qeydiyyatı və uçuşun rəsmiləşdirilməsinin təşkil olunması;
- sərnişinə HG-də prioritet sayılan yerlərin təklif edilməsi və yerləşdirilməsində yardım;
- baqajın rəsmiləşdirilməsi və emalının təşkil olunması;
- zərurət yarandıqda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
- sərnişinin uçuş qabağı prosedurаlardan keçmək məqsədi ilə aerovağzal kompleksindəki ayrıca liftlə fərdi müşayiət edilməsi;
- sərnişinin ilk növbədə Gömrük nəzarəti, Aviasiya təhlükəsizliyinə baxış və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması;
- uçuşla bağlı məlumatların verilməsi;
- zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi;
- məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minik məntəqəsinədək xüsusi araba ilə aparılması üçün araba ilə təmin olunması və araba ilə aparılması üçün işçinin ayrılması;
- sərnişin vaxtında miniyə dəvət olunması və minik müşayiət edilməsi.