Uçub getməyə:
- 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
- Sərnişinin 1-сi Terminalın girişində qarşılanması;
- Portye xidmət (baqajın terminalın girişindən qeydiyyat duracağınadək daşınması üçün işçinin ayrılması);
- sərnişinin uçuşunu həyata keçirməsi üçün zəruri sənədlərin mövcudluğunun yoxlanılması, uçduğu ölkənin viza qaydaları və hava nəqliyyatında daşınması qadağan olan əşyalar barədə məlumatlandırılması;
- sərnişinin ilk növbədə hava limanının girişindəki Aviasiya təhlükəsizliyi nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
- sərnişinin ilk növbədə qeydiyyat duracağına fərdi müşayiət olunması;
- sərnişinin və baqajının qeydiyyatının aparılmasına köməklik göstərilməsi;
- sərnişinin hava gəmisində prioritet sayılan yerlərdə yerləşdirilməsində yardım;
- zərurət yarandıqda sərnişinə gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
- sərnişinin ilk növbədə Aviasiya təhlükəsizliyinə baxış, Gömrük və Sərhəd nəzarəti məntəqələrinə fərdi müşayiət olunması; - sərnişinin ümumi gözləmə zalına fərdi müşayiət olunması;
- sərnişinin vaxtında miniyə müşayiət olunması;
- tərcüməçi xidməti;
- məhdud hərəkətli sərnişin olduqda, sərnişinin aerovağzal kompleksinin girişindən minikməntəqəsinədək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
- zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.
Uçub gəlməyə:
- 24 saat ərzində xidmətin bronlaşdırılması imkanı;
- sərnişinin 1-ci terminalın girişində (perron tərəfdən) qarşılanması;
- Vizanın rəsmiləşdirilməsinə zərurət yarandıqda sərnişinə məsləhət yardımının göstərilməsi;
- sərnişinin ilk növbədə Sərhəd nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
- sərnişinin baqajların paylanma məntəqəsinədək fərdi müşayiət olunması;
- zərurət yarandıqda sərnişinə Gömrük bəyannaməsinin doldurulması zamanı məsləhət yardımının göstərilməsi;
- sərnişinin ilk növbədə Gömrük nəzarəti məntəqəsinə fərdi müşayiət olunması;
- məhdud hərəkətli sərnişin olduqda, sərnişinin enmə məntəqəsindən gözləmə zalınadək aparılması üçün xüsusi araba ilə təmin edilməsi və arabanı aparmaq üçün işçinin ayrılması;
- sərnişinin gözləmə zalınadək müşayiət olunması;
- zərurət yarandıqda sərnişinə digər xidmətlər barədə məlumatların verilməsi.